Şou biznes
"Bir daha ayağa qalxa bilməyəcəyimi düşünürdüm" - 77 yaşlı Alla Puqaçova yaşadığı dəhşəti danışdı
Rusiya estradasının məşhur müğənnisi Alla Puqaçova ictimaiyyət arasına əsa ilə çıxmasının səbəbini şərh edib. Oxu.Az "Lady.Mail"ə istinadən xəbər verir ki, "Laima Rendezvous Jurmala" festivalının bağlanış mərasimində sənətçi yıxılaraq ağır xəsarət aldığını etiraf edib. Müğənninin sözlərinə görə, o, ayağını və çanaq oynağını sındırıb. Puqaçova bildirib ki, düz dörd ay ərzində demək olar ki, hərəkətsiz qalıb və bir daha ayağa qalxa bilməyəcəyini düşünüb. O, bu müddətdə təşviş pozuntusu keçirib, həkimlər isə bərpa prosesinin altı aya qədər çəkə biləcəyi barədə xəbərdarlıq ediblər. Yaşadığı narahatlıqların öhdəsindən gəlməkdə ona psixoloq kömək edib. Hazırda 77 yaşlı Alla Puqaçova yenidən tədbirlərə qatılır, lakin özünü daha əmin hiss etmək üçün əsadan istifadə etməyə davam edir.
Mənbə
oxu.az