Kriminal

Ev quşları naməlum səbəbdən kütləvi tələf olurlar - Təsərrüfat sahiblərindən ŞİKAYƏT - FOTO

28 Jul 2026, 05:00 2 baxış
Ev quşları naməlum səbəbdən kütləvi tələf olurlar - Təsərrüfat sahiblərindən ŞİKAYƏT - FOTO
Cənub bölgəsində ev quşları, xüsusilə toyuqlar naməlum səbəbdən tələf olurlar. Oxu.Az APA-ya istiandla xəbər verir ki, bu barədə təsərrüfat sahibləri məlumat veriblər. Onların sözlərinə görə, toyuqlar və ördəklər arasında yayılan xəstəlik quşların qısa müddətdə zəifləməsi və yemdən kəsilməsi ilə başlayır. Bundan sonra quşlar tez bir zamanda tələf olur. Sakinlər deyir ki, əvvəl quşların mədələri şişir və ağızlarından su gəlir. Bir neçə dəqiqədən sonra isə ölürlər. Təsərrüfat sahibləri onu da bildirir ki, xəstəliyə qarşı görülən qabaqlayıcı tədbirlər də heç bir nəticə vermir. Ev quşları arasında kütləvi ölüm halı ilə bağlı təsərrüfat sahibləri heç yerə müraciət etməyiblər. Quşların kütləvi tələfatı Lənkəranla yanaşı, Cəlilabad rayonunun bir sıra kəndlərində də müşahidə olunur.
{{gallery}}
Ev quşları naməlum səbəbdən kütləvi tələf olurlar - Təsərrüfat sahiblərindən ŞİKAYƏT - FOTO Ev quşları naməlum səbəbdən kütləvi tələf olurlar - Təsərrüfat sahiblərindən ŞİKAYƏT - FOTO Ev quşları naməlum səbəbdən kütləvi tələf olurlar - Təsərrüfat sahiblərindən ŞİKAYƏT - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər