Kriminal
Abşeronda yaşayış kompleksində partlayış baş verib, sakinlər təxliyə edilirlər - FOTO
Abşeron rayonunun Ceyranbatan qəsəbəsində yerləşən "Ekopark" yaşayış kompleksində partlayış baş verib. Oxu.Az "Report"a istinadla xəbər verir ki, hadisədən dərhal sonra əraziyə aidiyyəti qurumların briqadaları cəlb olunublar. Hazırda təhlükəsizlik tədbirləri çərçivəsində yaşayış kompleksinin sakinləri təxliyə edilir. Partlayışın səbəbi, eləcə də xəsarət alanların olub-olmaması barədə hələlik rəsmi məlumat açıqlanmayıb. Faktla bağlı araşdırma aparılır.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az