Kriminal

Quba-Qusar yolunda "Mercedes" yük maşını ilə toqquşdu: Ölən var

27 Jul 2026, 18:56 3 baxış
Quba-Qusar yolunda "Mercedes" yük maşını ilə toqquşdu: Ölən var
Quba rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az xəbər verir ki, hadisə Quba-Qusar avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, "Mercedes" markalı minik avtomobili yük maşını ilə çırpılıb. Güclü zərbənin təsirindən minik maşınının sürücüsü - Quba şəhər sakini, 1996-cı il təvəllüdlü Adil Qasımov aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib. Faktla bağlı araşdırma aparılır.
Mənbə oxu.az

Oxşar Xəbərlər