Kriminal
Azərbaycanda iki kişi qadın alverinə görə AXTARIŞA VERİLDİ - FOTO
Azərbaycanda iki kişi qadın alverinə görə axtarışa verilib. Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, onlar - 1997-ci il təvəllüdlü İsmayıl Rahib oğlu Güləhmədzadə və 1989-cu il təvəllüdlü Vüsal Ələkbər oğlu Məmmədovdur. Hər iki şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə axtarışa verilib. Hazırda onların yerinin müəyyən edilərək saxlanılmaları istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Mənbə
oxu.az