Kriminal
Yasamalda ağac avtomobilin üzərinə aşdı, binaya girişi bağladı - VİDEO
Bakının Yasamal rayonunda irigövdəli ağacın aşması nəticəsində minik avtomobilinə ziyan dəyib. Bu barədə Oxu.Az-ın qaynar xəttinə məlumat daxil olub.
Bildirilib ki, hadisə bir neçə dəqiqə əvvəl rayonun Dadaş Bünyadzadə küçəsi, 230 ünvanında qeydə alınıb. "Doqquzmərtəbəli yaşayış binasının həyətindəki irigövdəli ağac qəfil qırılaraq blokun giriş hissəsində dayanmış minik avtomobilinin üzərinə aşdı. Avtomobilə ziyan dəyib. Yaxşı ki, uşaqların üstünə düşmədi. Hazırda ağac bloka giriş-çıxışı bağlayıb", - deyə məlumatda qeyd olunub. Hadisə ilə bağlı aidiyyəti üzrə sorğu verilib.

Mənbə
oxu.az