Siyasət
Kolumbiya Azərbaycan da daxil olmaqla 15 ölkədə səfirliyini bağlayacaq - FOTO - VİDEO
Kolumbiyanın yeni seçilmiş Prezidenti Abelardo de la Esprielya dövlət xərclərinin optimallaşdırılması siyasəti çərçivəsində ölkəsinin 15 dövlətdə, o cümlədən Azərbaycanda səfirliklərini bağlamağı planlaşdırdığını açıqlayıb. Oxu.Az xəbər verir ki, bu barədə dövlət başçısı televiziya müraciətində bildirib.
De la Esprielya qeyd edib ki, andiçmə mərasimindən dərhal sonra dünyanın müxtəlif yerlərində Kolumbiyanın ən azı 15 səfirliyinin fəaliyyəti dayandırılacaq. Siyahıya Əlcəzair, Azərbaycan, Barbados, Kuba, Çexiya, Efiopiya, Qana, Haiti, Macarıstan, Malayziya, Nikaraqua, Rumıniya, Seneqal və Cənubi Afrikadakı diplomatik nümayəndəliklər daxildir. "Eyni zamanda, Fələstində açılması planlaşdırılan səfirliklə bağlı işlərin dayandırılması barədə göstəriş verəcəyəm. Bundan əlavə, 15-ə yaxın konsulluğu bağlayacağam. Bəzi səfirliklər var ki, onları birləşdirmək lazımdır. Məsələn, Parisdə həm Fransadakı səfirliyimiz, həm də UNESCO-da nümayəndəliyimiz var. Roma ilə eyni şəkildə bu missiyanı birləşdirmək lazımdır. Romada İtaliyadakı səfirlik və FAO var. Tək bir səfirlik olacaq. Bu absurddur. Bundan sonra bir səfir eyni ölkədə bütün bu nümayəndəliklərin missiyasını həyata keçirəcək. Çox aydın ifadə etmək istəyirəm: bu qərarlar Kuba və Nikaraqua istisna olmaqla, həmin ölkələrlə diplomatik əlaqələrin kəsilməsi və ya həmin çoxtərəfli təşkilatlarla əlaqələrin dayanması demək deyil", - o bildirib. Xatırladaq ki, Abelardo de la Esprielya bu ilin iyun ayında Kolumbiyada keçirilmiş prezident seçkisində qalib gəlib. O, avqustun 7-də rəsmən dövlət başçısı vəzifəsinin icrasına başlayacaq.

Mənbə
oxu.az