Kriminal
Ağcabədidə suvarma kanalında bir nəfər batıb
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə iyulun 26-da Qarabağ suvarma kanalının Ağcabədi rayonunun Aşağı Avşar kəndindən keçən hissəsində bir nəfərin batması barədə məlumat daxil olub. Oxu.Az xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar. Hazırda 1993-cü il təvəllüdlü Orxan Feyruz oğlu İbrahimovun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata keçirilir. Əlavə məlumat veriləcək.
Mənbə
oxu.az