Siyasət

Əliyevin Berlin səfəri Tiflisə yeni imkan yaradır

27 Jul 2026, 00:38 2 baxış
Əliyevin Berlin səfəri Tiflisə yeni imkan yaradır

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya səfəri zamanı iki ölkə arasında iqtisadi fəallığın artırılması və əlaqələrin genişləndirilməsi barədə mühüm razılıqlar əldə olunub. Bu əməkdaşlıqda aparıcı yeri Almaniyanın təbii qazla təchizatı mövzusu tutur. Mövcud reallıqda Gürcüstanın rolu əvəzolunmazdır, çünki bu marşrut ən qısa və ən əlverişli yollardan biridir.


Axar.az Azərtac-a istinadən xəbər verir ki, bu sözləri Xalqın Gücü Partiyasının beynəlxalq əlaqələr üzrə katibi, parlamentin deputatı Eka Sepaşvili deyib.


Sepaşvili iyulun 21-22-də Berlində Almaniya və Azərbaycan liderləri arasında keçirilən görüşdən bəhs edərək, bu səfərin Gürcüstan üçün də geniş perspektivlər açdığını vurğulayıb:


"Cəmi bir neçə gün əvvəl Almaniyada səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev ilə Federal Kansler iki ölkə arasında iqtisadi əlaqələrin fəallaşdırılması barədə razılığa gəliblər. Burada, əlbəttə ki, əsas yeri Almaniyanın təbii qazla təchizatı məsələsi tutur. Aydındır ki, bu prosesdə Gürcüstanın rolu əvəzsizdir, çünki ölkəmizdən keçən xətt ən qısa və ən sərfəli marşrutdur.


Düşünürəm ki, Avropa dövlətlərinin Şərqlə, ilk növbədə Çinlə aktiv ticarət əlaqələri qurmağa çalışmasını nəzərə alsaq, bu cür təşəbbüslərin sayı daha da artacaq. Qlobal mənzərəyə nəzər salsaq, ticarət-iqtisadi əlaqələrin qurulmasında ən mühüm tranzit xətlərindən biri məhz Azərbaycan və Gürcüstandan keçir. Müasir dünyada beynəlxalq yükdaşımaların əhəmiyyəti hər kəsə məlumdur və bu daşınmalar bizim ərazilərimiz vasitəsilə həyata keçirilir".

Mənbə axar.az

Oxşar Xəbərlər