Şou biznes

İqor Krutoyun Mayamidəki mənzilinə həbs qoyulub

26 Jul 2026, 05:32 4 baxış
İqor Krutoyun Mayamidəki mənzilinə həbs qoyulub
Tanınmış rusiyalı bəstəkar İqor Krutoyun Mayamidəki mənzilinə dələduzluq iddiaları səbəbindən həbs qoyulub. Oxu.Az xəbər verir ki, bu barədə məlumatı "Mash" "Telegram" kanalı paylaşıb. Söhbət musiqiçinin vaxtilə 7.5 milyon dollara əldə etdiyi 450 kvadratmetrlik yaşayış sahəsindən gedir. Bu əmlak ən bahalı ərazilərin birində, gediş-gəlişin yalnız helikopter və ya bərə vasitəsilə mümkün olduğu şəxsi adada yerləşir. İndi həmin mənzilin dəyəri 14 milyon dollara yaxın hesablanır və illik saxlanma xərcləri 140 min dollar təşkil edir. Bəstəkara qarşı irəli sürülən fırıldaqçılıq ittihamına milyarder Oleq Burlakovun bu əmlakı almağa çalışması yol açıb. Burlakov vəfat etdikdən sonra müqavilə ləğv edilib. İş adamının bacısı və qızları mənzil üçün ödənişin edildiyini, ancaq mülkiyyət hüququnun onlara keçmədiyini iddia edərək Krutoy ailəsini dələduzluqda günahlandırıblar. Keçən ilin payız aylarında ABŞ məhkəməsi tərəfindən mənzilə həbs qoyulub. Hazırda onu satmaq, hədiyyə etmək və ya başqa şəxsin adına rəsmiləşdirmək mümkün deyil, yalnız kirayəyə verməyə icazə verilir. Böyük Britaniya, Monako və Latviyada Burlakovun miras məsələləri ilə bağlı hüquqi proseslər davam etdiyi üçün hazırda bu iş dondurulub. Xatırladaq ki, "Mash" kanalı iyulun 21-də bəstəkar İqor Krutoyun Mayamidə yerləşən üçotaqlı mənzili cəmi 100 dollara aldığını bildirmişdi.
Mənbə oxu.az

Oxşar Xəbərlər