Siyasət

Ukrayna Xəzərdə gəmimizi vurdu, ölü və yaralılar var - İran

26 Jul 2026, 00:05 7 baxış
Ukrayna Xəzərdə gəmimizi vurdu, ölü və yaralılar var - İran

Ukrayna Silahlı Qüvvələri Xəzər dənizində İranın ticarət gəmisinə hücum edib, bir nəfər ölüb, iki nəfər isə yaralanıb.


Axar.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin məlumatında bildirilib.


"Tehran Ukraynanın gəmiyə endirdiyi zərbəni qətiyyətlə pisləyir və milli maraqlarını və təhlükəsizliyini qorumaq üçün beynəlxalq hüququn əsas prinsipləri və normalarına uyğun olaraq cavab tədbirləri görmək hüququnu özündə saxlayır", – XİN vurğulayıb.


Qeyd edək ki, bu gün Ukrayna Təhlükəsizlik Xidməti Rusiyaya məxsus hava hücumundan müdafiə sistemlərinə, hərbi gəmiyə və Xəzər dənizində yerləşən bir sıra obyektlərə zərbələr endirdiyini açıqlayıb.


Zelenski də açıqlamasında İrandan hərbi yüklərin daşınmasında istifadə olunan gəmiləri vurduqlarını bəyan edib.

Mənbə axar.az

Oxşar Xəbərlər