Cəmiyyət
Azərbaycanda altı ayda 15 mindən çox cinayət qeydə alınıb
Azərbaycanda bu ilin birinci yarısında 15 420 cinayət qeydə alınıb. Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prokurorluğu orqanlarında 2026-cı ilin birinci yarısında görülmüş işlərin yekunlarına dair geniş kollegiya iclasında məlumat verilib. Bildirilib ki, qeydə alınmış cinayətlərin 90.7 faizinin açılması təmin edilib. Qeyd olunub ki, hesabat dövründə ölkə üzrə ümumilikdə 7 893 cinayət işinin istintaqı tamamlanıb. Onlardan 470-i prokurorluq orqanlarında istintaq edilib. Həmçinin prokurorluq orqanları tərəfindən 269, digər istintaq qurumları ilə birlikdə isə ümumilikdə 5 511 cinayət işinin ibtidai istintaqı yekunlaşdırılaraq baxılması üçün məhkəmələrə göndərilib.
Mənbə
oxu.az