Şou biznes

"Hörümçək-adam" rolunun ifaçısı: "Messi mənə həmişə motivasiya verib"

24 Jul 2026, 13:46 2 baxış
"Hörümçək-adam" rolunun ifaçısı: "Messi mənə həmişə motivasiya verib"
Məşhur "hörümçək-adam" rolunun ifaçısı olan britaniyalı kino ulduzu Tom Holland, "Hörümçək-adam: Yeni gün" filminin promo-roliklərindən birində iştirak edən tanınmış argentinalı futbolçu Lionel Messi barədə danışıb. Oxu.Az xəbər verir ki, bu barədə championat.com məlumat yayıb. "İlk növbədə, ona dərin minnətdarlığımı bildirirəm. Ümumiyyətlə, Messi bu cür layihələrdə tez-tez iştirak etmir. Onun öz rahatlıq zonasından çıxıb "Hörümçək-adam" dünyasına qatılması həqiqətən diqqətçəkən bir haldır. Mən uzun müddətdir ki, onun azarkeşiyəm. İkimizin də boyumuz qısadır. Bəzi fiziki maneələrə baxmayaraq, o, bütün çətinlikləri aşaraq futbol tarixinin ən böyük oyunçusu olmağı bacarıb. Bu cəhət mənə həmişə motivasiya verib", - deyə Holland qeyd edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər