Cəmiyyət

AAYDA-ya məxsus şirkət ləğv olundu

24 Jul 2026, 13:24 18 baxış
AAYDA-ya məxsus şirkət ləğv olundu

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus "Körpülərin İstismarı və Təmiri Müəssisəsi" MMC ləğv olunduğunu elan edib.


Axar.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzeti məlumat yayıb.


Bildirilib ki, kreditorlar iki ay ərzində tələblərini Xırdalan şəhəri, Abşeron rayonu, 31-ci̇ məhəllə, istehsalat bazası ünvanına bildirə bilərlər.


Qeyd edək ki, bir müddət əvvəl sözügedən MMC-nin direktoru Mərdan Heybətov vəzifəsindən azad edilib. Şirkətə rəhbərlik Nizami Məmmədova həvalə olunmuşdu.


Xatırladaq ki, "Körpülərin İstismarı və Təmiri Müəssisəsi" şirkəti 2006-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 20 manatdır.

Mənbə axar.az

Oxşar Xəbərlər