Cəmiyyət
Mingəçevirdə yük və minik avtomobilləri toqquşdu - VİDEO
Mingəçevirdə yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.
Bildirilib ki, hadisə saat 21:00-da Mingəçevir şəhəri çimərlik yolu adlanan ərazidə qeydə alınıb. Yoxuşda "Shacman" markalı 99-RO-646 dövlət nömrə nişanlı yük maşınının əyləc sistemində problem yarandığından geriyə doğru hərəkət edib. Bu zaman "Opel" markalı 77-FC-230 dövlət nömrə nişanlı minik avtomobili ona çırpılıb. Hadisə nəticəsində xəsarət alan olmasa da, hər iki nəqliyyat vasitəsinə ciddi maddi ziyan dəyib.

Mənbə
oxu.az