Cəmiyyət
Keçmiş məcburi köçkün: "Öz torpağımızda yaşamaq ən böyük arzum idi"
"Çox həyəcanlıyam. Öz torpağımızda yaşamaq ən böyük arzum idi". Bu sözləri Oxu.Az-a açıqlamasında Cəbrayıl rayonunun Şükürbəyli kəndinə qayıdan keçmiş məcburi köçkün Zoya Abdullayeva deyib. O bildirib ki, doğma yurda qayıtmağın sevincini yaşayırlar: "Çox xoşbəxtik. Həyəcanımızın həddi-hüdudu yoxdur. Bu sevinci, bu xoşbəxtliyi bizə bəxş edən cənab Prezidentimiz, sərkərdəmiz İlham Əliyevə təşəkkür edirik. Ordumuza, şəhidlərimizə, orada döyüşüb qazi olan və sağlam qayıdan hər bir gəncimizə təşəkkür edirik. Bu günü bizə onlar yaşatdılar". Sonda o, bütün məcburi köçkünlərin doğma yurdlarına qayıtmalarını arzulayıb.
Mənbə
oxu.az