Cəmiyyət
Daha 65 ailənin yurd həsrəti bitir - Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış proqramı davam etdirilir. Oxu.Az xəbər verir ki, bu gün növbəti köç karvanları Xocalı, Ağdərə və Cəbrayıl rayonlarının yaşayış məntəqələrinə yola salınır. Bu mərhələdə ümumilikdə 65 ailə, 257 nəfər doğma yurduna qayıdır. Belə ki, Xocalının Xanabad kəndinə 10 ailə (31 nəfər), Təzəbinə kəndinə 9 ailə (39 nəfər), Badara kəndinə 6 ailə (24 nəfər), Daşbulaq kəndinə 2 ailə (7 nəfər), Seyidbəyli kəndinə isə 1 ailə (5 nəfər) köç edir. Ağdərə rayonunun Aşağı Oratağ kəndinə 10 ailə (34 nəfər), Vəngli kəndinə 6 ailə (26 nəfər), Həsənriz kəndinə 6 ailə (17 nəfər), Kolatağ kəndinə isə 3 ailə (19 nəfər) yola salınır. Bundan başqa, Cəbrayıl rayonunun Şükürbəyli kəndinə 12 ailə, ümumilikdə 55 nəfərdən ibarət köç karvanı yola düşür.
Mənbə
oxu.az