Cəmiyyət

Xocalıya qayıdan Elşən İbadullayev: "Doğma yurda dönmək qürurverici hissdir"

24 Jul 2026, 06:39 2 baxış
Xocalıya qayıdan Elşən İbadullayev: "Doğma yurda dönmək qürurverici hissdir"
"Sevincimizin həddi-hüdudu yoxdur. Dövlətimizin başçısına təşəkkür edirik. Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə cansağlığı arzulayıram. Onların hesabına qayıdırıq". Bu sözləri Oxu.Az-a açıqlamasında Xocalı rayonunun Badara kəndinə qayıdan keçmiş məcburi köçkün Elşən İbadullayev deyib. O bildirib ki, Xocalını 17 yaşında tərk edib: "İndi 52 yaşım var. Qürurverici hissdir doğma yurda qayıtmaq. Allah bizə bu günləri nəsib etdi". Peşəsinin sürücü olduğunu deyən E.İbadullayev doğma yurda qayıtdıqdan sonra həmin sahədə çalışacağını bildirib.
Mənbə oxu.az

Oxşar Xəbərlər