Cəmiyyət
İntizar Əmiraslanova: "Xocalını 30 yaşımda tərk etmişdim, 65 yaşımda qayıdıram"
"Evimizdən ayaqyalın, başıaçıq çıxmışdıq. Heç bir dəst uşağımıza paltar götürə bilməmişdik. Çətinliklər çəkmişik. Amma bu günə çox şükür". Bu sözləri Oxu.Az-a açıqlamasında Xocalı rayonunun Təzəpir kəndinə qayıdan keçmiş məcburi köçkün İntizar Əmiraslanova deyib. O bildirib ki, 1992-ci ildə doğma yurdunu tərk etməyə məcbur qalıblar: "Bu gün biz doğma torpağımıza qayıdırıq. Şəhidlərimizin sayəsindədir. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin". İ.Əmiraslanova qeyd edib ki, Xocalını 30 yaşında tərk edib: "İndi 65 yaşım var. Ailəmlə qayıdıram". O bildirib ki, doğma kənddə övladlarının işlə təmin olunmasını arzulayır: "Bizim artıq yaşımız gedib".
Mənbə
oxu.az