Cəmiyyət
Sakinlərin səbri tükəndi: "Tozun içindəyik, bir stəkan çay içə bilmirik, qışda da hər yer palçıq olur" - VİDEO
Qəbələ rayonunun Kürd kəndinin sakinləri yol, işıq və su problemindən şikayətçidirlər. Kənd sakinləri narazılıqlarını Baku TV ilə bölüşüblər.
"Problemlərlə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etmişik, amma baxan yoxdur. Hamı problemlərin düzələcəyinə dair vəd verir, lakin heç biri həll olunmur", - deyə sakinlərdən biri bildirib. Digər bir vətəndaş isə qeyd edib: "Tozun içindəyik, bir stəkan çay içə bilmirik. Qışda da hər yer palçıq olur, uşaqlar məktəbə gedə bilmirlər. Kimin maşını varsa, övladını onunla aparıb-gətirir, amma avtomobili olmayanlar çətinliklə üzləşirlər".

Mənbə
oxu.az