Cəmiyyət

Yasamalda dəhşətli partlayış olmuş evin son durumu - VİDEO

23 Jul 2026, 18:24 3 baxış
Yasamalda dəhşətli partlayış olmuş evin son durumu - VİDEO
Bakının Yasamal rayonu, Ümid Əkbərov küçəsində qaz sızması nəticəsində partlayış baş verən ev hələ də təhlükəli vəziyyətdədir. Hadisədən təxminən 20 gün keçməsinə baxmayaraq, dağıntıların fəsadı aradan qaldırılmayıb. Ərazidə yaşayan sakinlərin sözlərinə görə, partlayış nəticəsində yararsız vəziyyətə düşən ev hər an uça bilər. Binanın pəncərələri, döşəməsi və digər konstruksiyaları yoldan keçən insanlar üçün ciddi təhlükə yaradır. Oxu.Az xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında deyilir. * Bakıda ölümlə nəticələnən partlayışın ANBAAN GÖRÜNTÜLƏRİ * Partlayışda ölən qız qəbul imtahanından yüksək bal toplayıbmış - FOTO

Dağıntılar və evdən qalan qalıqlar yolun bir hissəsini tutduğundan avtomobillərin və piyadaların hərəkəti də çətinləşib. Ərazidəki şüşə qırıntıları və digər təhlükəli əşyalar xüsusilə uşaqlar üçün risk yaradır. Sakinlər bildirirlər ki, məsələ ilə bağlı dəfələrlə Fövqəladə Hallar Nazirliyinə müraciət ediblər. Onlara əraziyə baxış keçiriləcəyi və müvafiq tədbirlərin görüləcəyi bildirilsə də, indiyədək heç bir iş aparılmayıb. Evdəki əşyaların açıqda qalması isə onların talan edilməsi ehtimalını artırır.
Mənbə oxu.az

Oxşar Xəbərlər