Cəmiyyət

Avropalılar Azərbaycan Prezidenti barədə - "Mükəmməldir" - VİDEO

23 Jul 2026, 19:00 2 baxış
Avropalılar Azərbaycan Prezidenti barədə - "Mükəmməldir" - VİDEO
"Prezident İlham Əliyev mükəmməl bədən dilinə sahibdir". Bu fikirləri Oxu.Az-a müsahibəsində bədən dili üzrə mütəxəssis Anar Heydərov deyib. O bildirib ki, dövlət başçısının bu mövzu ilə bağlı akademik təhsili var:

"İlham Əliyev bədən dilini mükəmməl şəkildə idarə edir. O təkcə Donald Trampla deyil, istənilən görüşdə dominantlıq edir. Bu dominatlıq "mən buradayam, hesablaşmalısan mənimlə" mənasını verən bədən dilidir. Siz Ağ Evdə İlham Əliyevin Donald Trampla görüşünə baxa bilərsiniz ki, əlini masanın üzərinə qoyur. Donald Tramp İlham Əliyevlə görüşəndə digər Avropa liderlərinə göstərdiyi münasibəti göstərmədi. Əlini özünə dartmadı, çünki hesablaşır, qarşısında durduğu liderin bədən dili mükəmməldir, akademikdir". A.Heydərov əlavə edib ki, Avropanın müxtəlif ölkələrindən olan tələbə yoldaşları İlham Əliyevin bədən dilinin mükəmməl olduğunu vurğulayırlar.
Mənbə oxu.az

Oxşar Xəbərlər