Cəmiyyət

Bu avtobus marşrutları müsabiqəyə çıxarılır

23 Jul 2026, 18:32 3 baxış
Bu avtobus marşrutları müsabiqəyə çıxarılır

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Lənkəran-Masallı, Masallı-Lənkəran, Bakı-Xaçmaz, Mingəçevir-Yevlax, Yevlax-Mingəçevir və Mingəçevir-Bərdə şəhərlərarası avtobus marşrutlarını müsabiqəyə çıxarır.


Bu barədə Axar.az-a AYNA-dan məlumat verilib.


Bildirilib ki, müsabiqə "Avtomobil nəqliyyatı haqqında" Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş "Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası"na uyğun olaraq təşkil edilir.


Sənədlər 21 avqust 2026-cı il saat 17:00-dək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində (ünvan: Bakı şəhəri, Hacı Məmmədov küçəsi 5; əlaqələndirici şəxs: Anar Məmmədov (mob: 077-455-99-06, e-poçt: [email protected]) qəbul ediləcək.


Müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır.


İddiaçıların təkliflərinə komissiya tərəfindən Lənkəran-Masallı, Masallı-Lənkəran, Bakı-Xaçmaz, Mingəçevir-Yevlax, Yevlax-Mingəçevir və Mingəçevir-Bərdə istiqamətlərində 6 lot üzrə sentyabrın 11-də baxılacaq.


Lotlar üzrə marşrutların qrafikləri haqqında məlumatı buradan əldə edə bilərsiniz.

Mənbə axar.az

Oxşar Xəbərlər