Cəmiyyət

Bakının mərkəzində bəzi evlər ucuzlaşıb - Mənzil bazarında SON VƏZİYYƏT

23 Jul 2026, 17:48 1 baxış
Bakının mərkəzində bəzi evlər ucuzlaşıb - Mənzil bazarında SON VƏZİYYƏT
Daşınmaz əmlak bazarında mövsümi canlanma müşahidə olunur. Xüsusilə kirayə mənzil və bağ evi seqmentində tələb dəyişdiyi üçün qiymətlərdə və bazar aktivliyində müəyyən dalğalanmalar baş verir. Bununla yanaşı, mənzil alqı-satqısı bazarında da mövsümi amillər təsirsiz ötüşmür. Bəs yay mövsümü daşınmaz əmlak bazarında hansı dəyişikliklərə səbəb olur və bu, qiymətlərə necə təsir edir? Məsələ ilə bağlı Oxu.Az-a danışan Ramil Osmanlı qeyd edib ki, daşınmaz əmlak bazarında müşahidə olunan tendensiyalar daha çox dənizkənarı bağ sahələrinin kirayə qiymətlərinin artımı ilə bağlıdır.
O qeyd edib ki, kirayə qiymətlərinin yüksəlməsi fonunda bağ evlərinin satış qiymətlərində də nisbi artım müşahidə olunur: "Lakin ümumi mənzil bazarında bahalaşma yoxdur. Bazarın dinamikası zəiflədiyi və passivlik müşahidə edildiyi üçün qiymətlərdə ciddi dəyişiklik hiss olunmur. Hətta deyərdim ki, bahalı mənzillərin qiymətində müəyyən ucuzlaşma var. Xüsusilə şəhər mərkəzində və mərkəzə yaxın ərazilərdə yerləşən, təxminən 300-350 min manat dəyərində olan mənzillərdə bunu müşahidə edirik. Digər qiymət seqmentlərində isə mənzil qiymətləri sabitdir. Şəhər mərkəzində torpaq sahələri məhdud olsa da, şəhərətrafı ərazilərdə torpaq bazarında davamlı qiymət artımı müşahidə olunur. Bakı kəndlərinin ən ucqar ərazilərində belə torpaq sahəsinin bir sotu 10 min manatı ötür və bu artım davam edir. Bəzi ərazilərdə isə bir sotun qiyməti 50 min manatdan da yuxarıdır. Bu da onu göstərir ki, torpaq sahələri hələ də öz aktuallığını və cəlbediciliyini qoruyur. Amma bütövlükdə daşınmaz əmlak bazarında ciddi qiymət dəyişikliyi yoxdur. Kirayə mənzil bazarında da hazırda əhəmiyyətli aktivlik müşahidə edilmir. Hesab edirəm ki, universitetlərə qəbul prosesindən sonra bu bazarda yenidən canlanma müşahidə olunacaq".
Bakının mərkəzində bəzi evlər ucuzlaşıb - Mənzil bazarında SON VƏZİYYƏT Bakının mərkəzində bəzi evlər ucuzlaşıb - Mənzil bazarında SON VƏZİYYƏT
Mənbə oxu.az

Oxşar Xəbərlər