Cəmiyyət
Bakının iki rayonunun böyük ərazisi qazsız qalacaq
Sabah Bakının bir hissəsində qaz olmayacaq. Oxu.Az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb. Bildirilib ki, təmir-quraşdırma işləri ilə əlaqədar 24.07.2026-cı il tarixində saat 10:00-dan işlər yekunlaşanadək Xəzər rayonunun Buzovna qəsəbəsinin, Albalılıq və Atçılıq yaşayış massivlərinin, Sabunçu rayonunun Zabrat qəsəbəsinin, Oktyabr, R. Axundov, L. Məmmədbəyova küçələrinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.
Mənbə
oxu.az