Cəmiyyət
16 yaşlı eşitmə və nitq məhdudiyyətli şəxsin pensiyası kəsildi - VİDEO
Sabirabad rayonunun Yolçubəyli kənd sakini Böyükxanım Eyvazova Baku TV-nin qaynar xəttinə müraciət edib. O, anadangəlmə eşitmə və nitq məhdudiyyətli 16 yaşlı nəvəsi Röyal Eyvazovun əlilliyə görə pensiyasının dayandırılmasından şikayətlənir. Ailənin maddi vəziyyətinin ağır olduğunu bildirən nənə aidiyyəti qurumlardan kömək istəyib.
"2018-ci ildə pensiya təyin olundu, lakin üç il sonra dayandırıldı. Dəfələrlə xəstəxanalarda olmuşuq, müayinələrdən və komissiyalardan keçmişik. Bu uşaq anadangəlmə lal və kardır, onun sağalması mümkün deyil", - deyə Böyükxanım Eyvazova bildirib. O, ailənin ağır sosial vəziyyətini diqqətə çatdıraraq qeyd edib ki, nəvəsinin işləmək imkanı yoxdur, anası isə həm eşitmə məhdudiyyətlidir, həm də nevroloji xəstəlikdən əziyyət çəkir. "Mən bu gün varam, sabah yox. Xahiş edirəm, nəvəmin ömürlük pensiyası bərpa olunsun ki, heç olmasa, gələcəkdə özünü dolandıra bilsin", - deyə o əlavə edib.

Mənbə
oxu.az