Dünya

Fransada Renuarın əsərlərinin oğurlanması işi üzrə altı nəfər saxlanılıb

08 Oct 2026, 03:30 2 baxış
Fransada Renuarın əsərlərinin oğurlanması işi üzrə altı nəfər saxlanılıb
Fransada Kanyü-sür-Merdəki Pyer-Ogüst Renuar Muzeyindən rəsm əsərlərinin oğurlanması işi üzrə altı nəfər saxlanılıb. Oxu.Az BFMTV-yə istinadən xəbər verir ki, şübhəlilərdən ikisinin muzeyə daxil olaraq rəsm əsərlərini oğurladığı ehtimal edilir. Şübhəlilər oktyabrın 7-də Alp-Dənizlər, Erö və Yura departamentlərində saxlanılıblar. Pyer-Ogüst Renuar (1841-1919) fransız impressionist rəssam olub və 1874-cü ildə Parisdə impressionistlərin ilk sərgisində iştirak edib. O, 1907-ci ildə Domaine des Collettes mülkünü satın alıb və 1908-ci ilin payızından ölümünədək ailəsi ilə burada yaşayıb. Hazırda Renuar Muzeyində onun rəsm və heykəlləri, emalatxanası, mebelləri, molberti və digər şəxsi əşyaları nümayiş etdirilir. Renuar Muzeyindən oğurluq sentyabrın 8-də baş verib. İki şəxs muzeyə daxil olaraq dörd rəsm əsəri oğurlayıb. Onlardan ikisi - "Madam Stiven Piçonun portreti" və "Koko kitab oxuyarkən" qaçarkən muzeyin bağında tapılıb. Digər iki əsər - "Madam Kolonna Romanonun portreti" və "Quyunun yanında gənc qadın" isə hələ də axtarılır. Oğurlanan əsərlərin ümumi dəyəri ilkin olaraq 9 milyon avro qiymətləndirilib.
Fransada Renuarın əsərlərinin oğurlanması işi üzrə altı nəfər saxlanılıb
Mənbə oxu.az

Oxşar Xəbərlər