Maraqlı

Psixoloq təkrarlanan pis yuxulardan qurtulmağın yollarını açıqladı

08 Oct 2026, 05:00 2 baxış
Psixoloq təkrarlanan pis yuxulardan qurtulmağın yollarını açıqladı
Rusiyalı psixoloq Sergey Lanq təkrarlanan və narahatedici yuxuların öhdəsindən necə gəlmək barədə danışıb. Oxu.Az xəbər verir ki, mütəxəssis bu barədə Aif.ru-ya müsahibəsində məlumat verib. Onun fikrincə, bunun üçün atılmalı ilk addım görülən yuxunu başqalarına danışmamaqdır. "Birinci əsas qayda yuxunu yenidən yaşamamaq üçün onu heç kimə danışmamaqdır. Sizi dinləyən hər kəs "Sonra nə oldu? Necə oldu? Yuxu nə ilə bitdi? Özünü necə hiss etdin?" kimi dəqiqləşdirici suallar verə bilər. Nəticədə insan həmin anları yenidən yaşamağa başlayır", - deyə psixoloq izah edib. İkinci mühüm məsləhət isə pis yuxuya görə şəxsi planları dəyişməməkdir. Lanq qeyd edib ki, insanlar narahatedici yuxu gördükdən sonra çox vaxt əvvəlcədən planlaşdırdıqları işlərdən imtina edirlər. "Gününüzü əvvəlcədən planlaşdırdığınız kimi keçirməyə çalışın. Məsələn, yuxuda maşın altında qaldığımı görürəm və evdə qalaraq heç yerə getməmək qərarına gəlirəm. Bu, ən yanlış addımdır. Bununla siz yuxunu həyatınıza təsir edən əhəmiyyətli, fundamental bir hadisəyə çevirirsiniz. Etməli olduğunuz işləri mütləq görün. Beləliklə, yuxunuzu əhəmiyyətsiz bir hala gətirmiş olacaqsınız", - deyə mütəxəssis xəbərdarlıq edib. Buna görə də əsas tövsiyə planlaşdırılan işlərdən geri çəkilməməkdir. Psixoloqun sözlərinə görə, bu yanaşma təkrarlanan yuxunun mütləq hansısa məna daşıdığına dair inamı aradan qaldırmağa kömək edir.
Mənbə oxu.az

Oxşar Xəbərlər