Cəmiyyət

Tarixi abidə uçma təhlükəsində - VİDEO

22 Jul 2026, 22:36 1 baxış
Tarixi abidə uçma təhlükəsində - VİDEO
İsmayıllı rayonunun Girk kəndində yerləşən XIX əsrə aid tarixi abidə baxımsız vəziyyətə düşüb. Ərazidə Mədəniyyət Nazirliyi tərəfindən quraşdırılan məlumat lövhəsində abidənin XIX əsrə aid olduğu və dövlət tərəfindən qorunduğu qeyd edilib. Lakin hazırda kilsənin damının böyük hissəsi uçub, divarları isə yararsız vəziyyətə düşüb.

Kənd sakinlərinin sözlərinə görə, aidiyyəti qurumların nümayəndələri bir neçə dəfə əraziyə gələrək abidəni qeydiyyata alıblar. Buna baxmayaraq, indiyədək onun bərpası və mühafizəsi istiqamətində hər hansı ciddi tədbir görülməyib. "Özümü tanıyandan bu abidəni burada görmüşəm. Onun tarixi barədə ətraflı məlumatım yoxdur. Deyilənə görə, əvvəllər üstü bağlı olub. Sonradan külək damını dağıdıb", - kənd sakini deyib. Məsələ ilə bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildirilib ki, abidə dövlət nəzarətindədir, müvəqqəti qapı qoyulub. Abidənin bərpasına gəlincə isə qeyd edilib ki, hazırda bu istiqamətdə hər hansı işin görülməsi nəzərdə tutulmayıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər