Cəmiyyət
Sabah bəzi ərazilərdə qaz olmayacaq
Sabah Biləsuvar rayonunda təbii qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Oxu.Az xəbər verir ki, iyulun 23-də rayon ərazisində yeni çəkilmiş qaz xətlərinin mövcud kəmərlərə birləşdirilməsi işləri həyata keçiriləcək. Bununla əlaqədar sabah saat 09:00-dan başlayaraq işlər yekunlaşanadək Biləsuvar qazpaylayıcı stansiyasından qidalanan 16086 abonentin təbii qaz təchizatı dayandırılacaq.
Mənbə
oxu.az