Cəmiyyət

Bu rayonda 16 mindən çox abonentin qazı kəsiləcək

22 Jul 2026, 19:49 3 baxış
Bu rayonda 16 mindən çox abonentin qazı kəsiləcək

Sabah Biləsuvar rayonunda təbii qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


Axar.az-ın Report-a istinadən məlumatına görə, iyulun 23-də rayon ərazisində yeni çəkilmiş qaz xətlərinin mövcud kəmərlərə birləşdirilməsi işləri həyata keçiriləcək.


Bununla əlaqədar sabah saat 09:00-dan başlayaraq işlər yekunlaşanadək Biləsuvar qazpaylayıcı stansiyasından qidalanan 16086 abonentin təbii qaz təchizatı dayandırılacaq.

Mənbə axar.az

Oxşar Xəbərlər