Cəmiyyət

Qızmar yay günlərində susuz qalan sakinlər: Problem 10 aydır niyə həll edilmir? - VİDEO

22 Jul 2026, 19:00 3 baxış
Qızmar yay günlərində susuz qalan sakinlər: Problem 10 aydır niyə həll edilmir? - VİDEO
Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Abdulla Abdullayev küçəsi, 99 ünvanında yaşayan sakinlər uzun müddətdir su problemi ilə üzləşdiklərini bildirirlər. Sakinlərin sözlərinə görə, son aylarda mənzillərə su fasilələrlə verilib, son bir neçə gündə isə su təchizatı tamamilə dayanıb. Şikayətçilər iddia edirlər ki, ərazidə bəzi şəxslərin su xəttinə qanunsuz qoşulması nəticəsində təzyiq azalıb. Bu səbəbdən də binanın yuxarı mərtəbələrində yerləşən mənzillərə su çatmır.

"Artıq 10 aydır ki, suyu pulla alırıq. Qonşularla birlikdə 12 ton su sifariş edirik və öz aramızda bölüşürük. Başqa xətlərə qoşulmalar olduğuna görə bizim evlərə su gəlmir", - deyə sakinlərdən biri qeyd edib. Onların sözlərinə görə, problemin aradan qaldırılması üçün dəfələrlə aidiyyəti qurumlara müraciət edilib. Lakin müraciətlərə baxmayaraq, indiyədək su təchizatı ilə bağlı problem həllini tapmayıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər