Siyasət
Nazirlər Kabineti "Azərbaycan Biznesinin İnkişafı Fondu" ilə bağlı qərar verib
Nazirlər Kabineti "Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən sahibkarlıq subyektlərinin güzəştli kreditlərlə maliyyələşdirilməsi Qaydası"nın və "Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən investisiya qoyuluşunun həyata keçirilməsi Qaydası"nın təsdiq edilməsi haqqında qərar qəbul edib. Oxu.Az xəbər verir ki, qərarı Baş nazir Əli Əsədov imzalayıb. Xatırladaq ki, Azərbaycan Biznesinin İnkişafı Fondu İqtisadiyyat Nazirliyinin tabeliyindəki Sahibkarlığın İnkişafı Fondunun və "Azərbaycan İnvestisiya Şirkəti" ASC-nin birləşmə formasında yenidən təşkili yolu ilə yaradılıb.
Mənbə
oxu.az