Siyasət

Bakıda bəzi tibb işçilərinin maaşlarına əlavənin verilmə MÜDDƏTİ UZADILDI

22 Jul 2026, 17:59 2 baxış
Bakıda bəzi tibb işçilərinin maaşlarına əlavənin verilmə MÜDDƏTİ UZADILDI
Bakıda COVID-19 xəstələrinə xidmət göstərən tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadılıb. Oxu.Az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin verilməsi oktyabr ayınadək uzadılıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər