Cəmiyyət
Xaçmazda kanalda 66 yaşlı qadının meyiti tapılıb
Xaçmaz rayonunda kanalda meyit aşkarlanıb. Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Ağaşirinoba kəndi ərazisində qeydə alınıb. Meyiti tapılan şəxsin 1960-cı il təvəllüdlü Xudat şəhər sakini Leyla Ağamalıyeva olduğu müəyyən edilib. Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunublar. Faktla bağlı araşdırma aparılır.
Mənbə
oxu.az