Cəmiyyət

Lənkəranda avtomobil yol kənarındakı satıcını vurub öldürdü

22 Jul 2026, 16:36 6 baxış
Lənkəranda avtomobil yol kənarındakı satıcını vurub öldürdü
Lənkəran rayonunun Vivan kəndində yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az xəbər verir ki, hadisə bu gün saat 15:00-da qeydə alınıb. Belə ki, Əfsələddin Xaqani oğlu Tağıyev idarə etdiyi "Opel Astra" markalı, 10-DP-407 dövlət nömrə nişanlı avtomobillə yol kənarında kiçik ticarətlə məşğul olan 1986-cı il təvəllüdlü Turab İlham oğlu Şərifovu vurub. Hadisədən dərhal sonra T.Şərifov Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həkiməqədər ölüm faktı qeydə alınıb. Faktla bağlı araşdırma aparılır.
Mənbə oxu.az

Oxşar Xəbərlər