Siyasət
İlham Əliyevdən Rauf Arifoğlu ilə bağlı SƏRƏNCAM
Rauf Arif oğlu Abbasov (Rauf Arifoğlu) 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. Oxu.Az President.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən, Rauf Arifoğlu Azərbaycan Respublikasında media sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunub.
Mənbə
oxu.az