Siyasət
Azərbaycanda bəzi şəxslər Sudana vizasız gedə biləcəklər
Azərbaycan Respublikası Hökuməti ilə Sudan Respublikası Hökuməti arasında diplomatik pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş təsdiqlənib. Oxu.Az President.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb. Qeyd edək ki, saziş 2026-cı il mayın 19-da Bakı şəhərində imzalanıb.
Mənbə
oxu.az