Şou biznes
Rusiyanın tanınmış bəstəkarının anası Mayamidə 100 dollara üçotaqlı mənzil sahibi olub
Rusiyalı bəstəkar İqor Krutoyun anası Svetlana Krutaya ABŞ-nin Mayami şəhərində 100 dollara üçotaqlı mənzil sahibi olub. Oxu.Az bu barədə "RIA Novosti"yə istinadən xəbər verir. Musiqi prodüseri Sergey Dvortsovun sözlərinə görə, sövdələşmə simvolik xarakter daşıyıb. O bildirib ki, Krutoy və onun bacısı Alla Baratta analarının 92 yaşında rahat yaşaması üçün əvvəlcədən tədbir görüblər. "Mash" Telegram kanalının məlumatına görə, Svetlana Krutayaya mənzili bacısı vergiləri azaltmaq məqsədilə satıb. Qeyd olunur ki, bəstəkarın bacısı sövdələşməni analarının ad günündən dərhal sonra rəsmiləşdirib. Maraqlıdır ki, elə həmin gün o, eyni inada digər mənzili də 100 dollara əldə edib. Satan tərəf Barattanın əvvəllər ailənin İtaliya mebeli aldığı "TOC PH" şirkəti olub. Krutoylar ailəsinin Sanni-Ayls-Biç bölgəsində iki mənzili var. Söhbət sahəsi 258 kv.m və 323 kv.m olan, müvafiq olaraq 2.8 və 3.5 milyon dollar dəyərində qiymətləndirilən mənzillərdən gedir. Onların illik vergisi təxminən 83 000 dollar təşkil edir.
Mənbə
oxu.az