Siyasət
Azərbaycan Prezidenti Almaniyada neft və qaz ixracından danışdı - VİDEO
"Almaniya ilə bizim ümumi ticarət dövriyyəmiz keçən il təqribən, 1,5 milyard dollar ətrafında idi". Oxu.Az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Almaniyanın Federal Kansleri Fridrix Merts ilə mətbuat konfransında söyləyib. "Neft təchizatına gəldikdə isə deyə bilərəm ki, Almaniya ilə bizim ümumi ticarət dövriyyəmiz keçən il təqribən, 1,5 milyard dollar ətrafında idi. Bunun böyük hissəsi Almaniyanın Azərbaycana ixracıdır, qalan hissə isə bizim ixracımız. Bizim ixracımızın da əsas hissəsi xam neftdir. Yəni hesab edirəm ki, Azərbaycan təxminən bir neçə yüz milyon dollar səviyyəsində xam neft təchiz edir və nə qədər lazımdır, o qədər də təchiz edə bilər - həm daxili mənbələrdən, həm də bizim enerji şirkətimiz SOCAR-ın treydinq bölməsindən. Yəni burada hər hansı bir problem yoxdur.
O ki qaldı, təbii qaz məsələlərinə, qeyd etdiyim kimi, biz bu ildən başlayaraq Almaniyaya təbii qaz satmağa başlamışıq. Bizim keçən il ümumi qaz ixracımız 25 milyard kubmetr olub. Onun yarısı Avropa İttifaqı ölkələrinə ixrac edilib. Bildiyimə görə, Almaniya şirkətləri ilə 10 illik kontrakt imzalanmışdır və ilkin həcm 1,5 milyard kubmetrdir. Ancaq bu, təbii ki, arta bilər. Bunun üçün bir neçə məsələ öz həllini tapmalıdır. Birincisi, bizə müraciət olmalıdır, yəni həcmin artırılması üçün. İkincisi, mövcud qaz infrastrukturu genişləndirilməlidir. Çünki bu gün həm TANAP, həm TAP tam gücü ilə işləyir və bu kəmərlərdə boş yer qalmayıb", - deyə Prezident bildirib.

Mənbə
oxu.az
Oxşar Xəbərlər