Siyasət
Süni intellektin inkişafı üzrə məsul dövlət qurumlarının siyahısı təsdiqləndi
"Süni intellektin inkişafı üçün milli prioritet sektorların və müvafiq sektor üzrə məsul dövlət orqanlarının (qurumlarının) siyahısı" təsdiq edilib. Oxu.Az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, həmin qurumlar aşağıdakılardır: Ali Məhkəmə, Məhkəmə-Hüquq Şurası, Energetika Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Elm və Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Təhlükəsizliyi Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Mərkəzi Bank.
Mənbə
oxu.az
Oxşar Xəbərlər