Siyasət

Prezident İlham Əliyevin Berlində rəsmi qarşılanma mərasimi keçirilib - VİDEO

21 Jul 2026, 14:27 20 baxış
Prezident İlham Əliyevin Berlində rəsmi qarşılanma mərasimi keçirilib - VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iyulun 21-də Berlində rəsmi qarşılanma mərasimi keçirilib. Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Almaniya Federativ Respublikasının Federal Kansleri Fridrix Merts dövlətimizin başçısını qarşılayıb. Almaniya nümayəndə heyəti Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyəti isə Federal Kansler Fridrix Mertsə təqdim edilib. Fəxri qarovul dəstəsinin rəisi dövlətimizin başçısına və Federal Kanslerə raport verib. Azərbaycan Respublikasının və Almaniya Federativ Respublikasının Dövlət himnləri səsləndirilib. Prezident İlham Əliyev və Federal Kansler Fridrix Merts fəxri qarovul dəstəsinin qarşısından keçiblər.


Mənbə oxu.az

Oxşar Xəbərlər