Siyasət
Almaniya kansleri İlham Əliyevi belə qarşıladı
Azərbaycan Prezidenti İlham Əliyevin iyulun 21-də Berlində rəsmi qarşılanma mərasimi keçirilib.
Axar.az xəbər verir ki, Almaniyanın Kansleri Fridrix Merz dövlət başçısını qarşıladı.
Almaniya nümayəndə heyəti Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyəti isə Federal Kansler Fridrix Merzə təqdim edildi.
Fəxri qarovul dəstəsinin rəisi dövlətimizin başçısına və Federal Kanslerə report verdi.
Azərbaycan Respublikasının və Almaniya Federativ Respublikasının Dövlət himnləri səsləndirildi.
Prezident İlham Əliyev və Federal Kansler Fridrix Merz fəxri qarovul dəstəsinin qarşısından keçdilər.
Mənbə
axar.az