Siyasət
İran və ABŞ danışıqlar masasına nə zaman qayıdacaqlar? - Politoloq şərtləri AÇIQLADI
"Amerika Birləşmiş Ştatları və İran arasında sülhdən danışmaq hələ tezdir. Çünki sülh danışıqlarına qədər atəşkəs əldə olunmalıdır. Bunun nə vaxt olacağı isə bəlli deyil". Bu sözləri Oxu.Az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, professor Əlimusa İbrahimov deyib.
Politoloqun sözlərinə görə, bunun üçün əvvəllər razılaşdırılmış sənədin icrası vacibdir: "Atəşkəsin əldə olunması üçün məlum 14 maddədən ibarət anlaşmanı həyata keçirmək lazımdır. Artıq bu razılaşmanın icrasına başlanırdı, lakin vəziyyət yenidən gərginləşdi və tərəflər bir-birinə qarşı zərbələr endirməyə başladılar". "ABŞ İranın nüvə proqramı və Hörmüz boğazı ilə bağlı ciddi güzəştlər tələb edir. İran isə bu tələblərlə razılaşmaq istəmir. Xüsusilə də Hörmüz boğazı bu gün ABŞ ilə İran arasında ən ciddi məsələyə çevrilib. Bu məsələ artıq digər problemləri arxa plana keçirib. Boğazın blokadada olması ABŞ və dünya iqtisadiyyatı üçün olduqca çətin vəziyyət yaradır. ABŞ-nin regionda atdığı addımlar göstərir ki, əsas məqsəd Hörmüz boğazını İranın nəzarətindən çıxarmaq, yaxud İranın istədiyi formada idarə edilməməsinə nail olmaqdır", - deyə ekspert vurğulayıb. Politoloq bildirib ki, tərəflər o zaman danışıqlar masasına qayıdacaqlar ki, qarşılıqlı iddialarla və güzəştə getmədən heç nəyə nail ola bilməyəcəklərini başa düşsünlər: "Amma hələlik bunu başa düşmürlər. ABŞ hesab edir ki, İranı güc vasitəsi ilə istədiyinə razı sala bilər. İran isə düşünür ki, ABŞ ona qarşı genişmiqyaslı hərbi əməliyyatlara başlamayacaq. Birləşmiş Ştatlar isə Tehrana sübut etməyə çalışır ki, ona qarşı bütün vasitələrdən istifadə edəcək. Bu gün verilən məlumatlara görə, təxminən 50 minə yaxın ABŞ hərbçisi məhz İrana qarşı əməliyyatlarda istifadə olunmaq üçün Körfəz bölgəsində yerləşdirilib. Eyni zamanda NATO-nun son sammitində Alyans ölkələrinin də bu məsələdə Vaşinqtona dəstək verəcəyi ilə bağlı məlumatlar səsləndirilir. Hələlik qarşıdurma gərginliyi artırmağa doğru gedir. Əgər İran xüsusilə Hörmüz boğazı ilə bağlı mövqeyindən geri çəkilməsə, düşünürəm ki, tərəflərin yaxın vaxtlarda danışıqlar masası arxasında əyləşməsi gözlənilmir".

Mənbə
oxu.az