Siyasət

İşsizlərin məşğulluğunun təmin edilməsi üçün süni intellektə əsaslanan xidmətlər yaradılacaq

20 Jul 2026, 14:09 3 baxış
İşsizlərin məşğulluğunun təmin edilməsi üçün süni intellektə əsaslanan xidmətlər yaradılacaq
İşaxtaran və işsiz şəxslərin məşğulluğunun təmin edilməsi prosesində süni intellektə əsaslanan xidmətlərin yaradılması planlaşıdırlır. Oxu.Az "Report"a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin təsdiqlədiyi "Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026-2030-cu illər üçün Tədbirlər Planı"nda qeyd olunub. Məqsəd süni intellektə əsaslanan xidmətlərdən yararlanan şəxslərin sayının artırılmasıdır. Bildirilib ki, müvafiq sahə ilə bağlı təkliflər hazırlanmalıdır. Bundan başqa, plana əsasən sözügedən müddətdə "Peşələr üzrə elektron atlas" informasiya sisteminın yaradılması nəzərdə tutulur. Məqsəd işsiz və işaxtaran şəxslərin əmək bazarında mövcud olan peşələrlə bağlı bilik və bacarıqlarının artırılması və uyğun karyera imkanlarının genişlənməsidir. Proqramın icrası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər