İdman

“Qarabağ” ÇSKA-nı keçsə… - Mümkün rəqiblər

18 Jul 2026, 01:52 22 baxış
“Qarabağ” ÇSKA-nı keçsə… - Mümkün rəqiblər

Xəbər verdiyimiz kimi, Azərbaycanın vitse-çempionu “Qarabağ” Avropa Liqasının 1-ci təsnifat mərhələsində İslandiyanın “Vestri” klubunu mübarizədən kənarlaşdıraraq növbəti mərhələyə yüksəlib.


Axar.az Qol.az-a istinadən xəbər verir ki, Qurban Qurbanovun komandası 2-ci təsnifat mərhələsində Bolqarıstan ÇSKA-sı ilə qarşılaşacaq. Oyunlar iyulun 23-də Bakıda, 30-da isə Sofiyada keçiriləcək.


Bununla yanaşı, iyulun 20-də Avropa Liqasının 3-cü təsnifat mərhələsinin püşkü atılacaq. haqqin.az saytı yazır ki, “Qarabağ” – ÇSKA cütlüyü Ağdam təmsilçisinin yüksək reytinqinə (42,750) görə səpələnmişlər sırasında yer alacaq.


“Qarabağ” Bolqarıstan klubunu mübarizədən kənarlaşdıracağı halda, 3-cü mərhələdə aşağıdakı rəqiblərdən biri ilə qarşılaşa bilər:


“Yaqelloniya” (Polşa);


“Makkabi” (Təl-Əviv, İsrail) – “Şerif” (Moldova) cütünün qalibi;


“Hammarbü” (İsveç) – “Anderlext” (Belçika) cütünün qalibi;


“Pafos” (Kipr) – “Hayduk” (Xorvatiya) cütünün qalibi;


“Tromse” (Norveç) – “Hradets Kralove” (Çexiya) cütünün qalibi;


Çempionlar Liqasındakı “Şturm” (Avstriya) – “Harts” (Şotlandiya) cütünün məğlubu;


Çempionlar Liqasındakı “Fənərbağça” (Türkiyə) – “Qurnik” (Polşa) cütünün məğlubu;


Qeyd edək ki, “Qarabağ” pley-off mərhələsinin püşkatmasında da səpələnmişlər səbətində yer alacaq. Komandanın həmin mərhələdəki 12 mümkün rəqibindən dördü artıq məlumdur. Bunlar Belçikanın “Sent-Trüyden”, Türkiyənin “Trabzonspor”, Yunanıstanın OFİ və Norveçin “Lillestrem” klublarıdır.

Mənbə axar.az

Oxşar Xəbərlər