İdman
FIFA-dan qeyri-adi qərar: Mətbuat konfransına bilet satılacaq
FIFA tarixdə ilk dəfə olaraq dünya çempionatının finalından əvvəl keçiriləcək mətbuat konfransına bilet satacaq. Oxu.Az xəbər verir ki, bu barədə "Daily Mail" qəzeti məlumat yayıb. Mənbənin məlumatına görə, böyüklər üçün biletin qiyməti 80 dollar, uşaqlar üçün isə 35 dollar təşkil edir. Tədbirdə baş məşqçilər və kapitanlarla yanaşı, FIFA prezidenti Canni İnfantinonun da iştirak edəcəyi gözlənilir. Adətən, bu cür mətbuat konfranslarına yalnız akkreditasiya olunmuş jurnalistlərin qatılmasına icazə verilir. Dünya çempionatının finalında Argentina və İspaniya milliləri qarşılaşacaqlar. Matç iyulun 19-da ABŞ-nin Nyu-Cersi ştatının İst-Razerford şəhərində keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Mənbə
oxu.az