İdman

DÇ-2026-nın finalında fasilənin müddəti... - Rəsmi

17 Jul 2026, 23:40 2 baxış
DÇ-2026-nın finalında fasilənin müddəti... - Rəsmi

DÇ-2026 final matçının ilk hissəsindən sonra fasilə 17 dəqiqə olacaq.


Axar.az xəbər verir ki, bu barədə "Marca" FİFA-nın açıqlamasına istinadən məlumat yayıb.


Məlumata görə, fasilənin 11 dəqiqəsi ifaçıların çıxışlarına, qalan vaxt isə səhnənin quraşdırılması və sökülməsinə sərf ediləcək. Bununla əlaqədar fasilə adi vaxtdan cəmi iki dəqiqə uzun olacaq.


Qeyd edək ki, finalda İspaniya və Argentina milli komandaları qarşılaşacaq. Daha öncə fasilənin 25 dəqiqədən çox davam edəcəyi xəbərləri yayılmışdı.

Mənbə axar.az

Oxşar Xəbərlər