Siyasət
Azərbaycanla Özbəkistan arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunub - FOTO
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edib. Oxu.Az xəbər verir ki, bu barədə nazir özünün "X" hesabında məlumat paylaşıb. "Azərbaycanla Özbəkistan arasında əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 15-ci iclasında iştirak üçün Özbəkistana səfərimiz zamanı Prezident Şavkat Mirziyoyevin qəbulunda olduq, dövlət başçısı İlham Əliyevin salamlarını çatdırdıq. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Prezident İlham Əliyevə salamlarını çatdıraraq Azərbaycan - Özbəkistan dostluq və strateji tərəfdaşlıq münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini ifadə etdi. Dövlət başçılarımızın siyasi iradəsi və birgə səyləri nəticəsində ikitərəfli əlaqələrin keyfiyyətcə yeni mərhələyə yüksəldiyini vurğulayaraq iqtisadi əməkdaşlığın şaxələndirilməsi, qarşılıqlı ticarət və investisiya təşəbbüslərinin fəal təşviqi, biznes əlaqələrinin gücləndirilməsi ilə bağlı fikirlərimizi bölüşdük", - M.Cabbarov qeyd edib.
Mənbə
oxu.az