İdman
Azərbaycan Premyer Liqası: Bəzi klubların ev oyunlarını keçirəcəyi stadionlar məlum olub
Azərbaycan Premyer Liqasının 2026/27 mövsümü ərəfəsində bəzi klubların ev oyunlarını keçirəcəyi stadionlarla bağlı son vəziyyətə aydınlıq gətirilib. Oxu.Az xəbər verir ki, bunu Peşəkar Futbol Liqasının (PFL) texniki-idman direktoru Elgiz Abbasov Premyer Liqanın yeni mövsümünün püşkatma mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, liqanın debütantı "Şəfa" ev oyunlarını Sumqayıtda yerləşən "SOCAR Polimer Arena"nın yardımçı meydanında keçirəcək. PFL rəsmisi bildirib ki, Premyer Liqanın digər iştirakçısı "İmişli" rəqiblərini Yevlaxda qəbul edəcək. Qeyd edək ki, Azərbaycan Premyer Liqasında 2026/27 mövsümünə avqustun 14-də start veriləcək.
Mənbə
oxu.az